top of page

Əsgərandakı partlayışda azı 20 nəfər ölüb, 290 nəfər yaralanıb


Əsgəranda partlayış nəticəsində azı 20 nəfərin öldüyü məlumdur.


Muğan TV xəbər verir ki, sentyabrın 25-də Əsgəranda yanacaq anbarında baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 290 nəfər müxtəlif tibb məntəqələrinə çatdırılıb.


Yaralılardan 7-si xəstəxanada vəfat edib, daha 13 nəfərin meyiti isə tanınmaz halda olduğu üçün tibbi ekspertizaya göndərilib.


Partlayış nəticəsində xəsarət alan insanların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.


Bundan başqa, xeyli sayda insanın itkin düşdüyü də bildirilir.


Röya Ağayeva

Comments


bottom of page