top of page

Ərdoğandan SƏRT AÇIQLAMA: Türkiyə ilə bir yerdə ola bilməzlər...



ABŞ həmişə PKK-nın yanında yer alıb.

Muğantv.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Onlar bununla bağlı açıqlama da verib. Bəs siz terrorçuların yanında deyildiniz? Bəs siz PKK-nın, YPG-nin, PYD-nin yanında deyildiniz? Onların yanında yer alırsınız. Bu, açıq şəkildə görünür”, - Ərdoğan bildirib.

Türkiyə lideri təəssüflə qeyd edib ki, bunun hər dəfə şahidi olduq:

“Şimali İraqa minlərlə TIR, tank və döyüş sursatını gətirib terrorçulara verdilər. Artıq məsələdən çıxış yolu yoxdur. Onlar tərəfini seçməlidir. Əgər Türkiyə və ABŞ NATO-da bir yerdədirsə, Vaşinton terrorçularla əməkdaşlıq edə bilməz. Yox, əgər terrorçuların yanındadırlarsa, Türkiyə ilə bir yerdə ola bilməzlər. Tərəf seçəcəksinizsə, bizim yanımızda olmalısınız”.

Commenti


bottom of page