Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir.
MUĞAN TV xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Türkiyə liderinin Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili təklifi əslində bu böhrandan çıxmaq üçün ən mühüm və konkret təklifdir:
“Prezidentimizin belə bir görüşü təşkil etmək cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, prezident Vlodomir Zelenski ilə bunu müzakirə edib. O, bu məsələni cənab Putinlə də qaldırıb. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən gündəmə gətiriləcək”.
İ. Kalın qeyd edib ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə əlaqə saxlayır və Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlaşmağa davam edir:
“Eynilə, cənab Putinin Türkiyə səfərinə hazırlıqlarımız davam edir. Bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla əlaqə saxlayırıq”.
Comments