Ərdoğan: “Türk Şurasını beynəlxalq təşkilat adlandırmağın vaxtı çatıb”


“Türk Şurasının beynəlxalq səviyyədə etibarı yüksəkdir. Türk Şurasını beynəlxalq təşkilat adlandırmağın vaxtının çatdığına inanıram”.


Muğan TV –nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.


Ərdoğan qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orbanın dəstəyi nəticəsində Budapeştdə təşkilatın nümayəndəliyinin açılması ilə Türk Şurasının bayrağı Avropada dalğalanır.


“Başqa ölkələr Türk Şurası ilə əməkdaşlıq etmək, Şuraya müşahidəçi üzv olmaq istəyini dilə gətirir. Bu baxımdan üçüncü ölkələrlə əməkdaşlıqla bağlı kriteriyaları müəyyənləşdirmək məqsədilə aparılan işlərin tezliklə tamamlanması vacibdir”, - deyə Türkiyə Prezidenti qeyd edib.