top of page

Ərdoğan Qaribaşvili ilə Orta dəhlizi müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.


Muğan TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.


Görüş zamanı Ərdoğan iki ölkə arasında ikitərəfli ticarətin həcminin 5 milyard dollara çatdırılmasını təklif edib.


Orta Dəhlizin həyata keçirilməsinin vacibliyini vurğulayan Prezident Ərdoğan Gürcüstanda Fətullah Gülənin məktəblərinin bağlanmasının və aktivlərinin dondurulmasının vacibliyini vurğulayaraq, gürcü tərəfinin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirib.


Röya Ağayeva

bottom of page