Ərdoğan Mərkəzi Bankın sədrini işdən çıxardı


Türkiyə Mərkəzi Bankının sədri (TCMB) Naci Ağbal vəzifəsindən azad edilib.

Muğan Tv- i qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyip Ərdoğan sərəncam imzalayıb.

Verilən qərara əsasən, sözügedən vəzifəyə keçmiş millət vəkili Şahap Kavcıoğlu təyin olunub.