Ərəblər nadir quş növlərini ovlayıb, kabab çəkdilər - FOTO-VİDEO


Ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayılıb.


Onların ov etdikləri ərazilərdən hələ də atəş səslərinin eşidildiyi bildirilib.


Muğan TV xəbər verir ki, bu barədə sosial şəbəkədə videolar yayılıb.


məlumata görə, ərəblər hazırda Qax Dövlət Təbiət Yasaqlığında ova davam edir və görüntülərdə parçalanan quşun Qırmızı Kitaba düşmüş bəzgək olduğu deyilir. Ovlanan Qafqaz durnası da nadir hesab olunan quşlardan biridir və onların təbiətdə sayı 200 cütdən azdır. Hazırda ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu iddia edilir.


Məsələyə aydınlıq gətirmək üçün"Asan Radio" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirlikdən bildirildi ki, ictimaiyyətə tez bir zamanda açıqlama veriləcək.