Əməliyyatların hədəfləri xüsusi - Akardan açıqlama



"Antiterror əməliyyatları daha güclü davam etdirilir".


Muğan.TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar parlamentdə çıxışı zamanı deyib. İraqın şimalındakı Qara bölgəsində keçirilmiş atiterror əməliyyatlarını şərh edən nazir bu əməliyyatların davam etdiyini bildirib.

"PKK-ya qarşı antiterror əməliyyatları daha böyük güclə və fasiləsiz davam edir. "Pençe-Kartal 2" əməliyyatı qurudan dəstək olmadan 35 kilometr dərinlikdə icra edilib. 13 hərbçilərimiz hava hərəkatı başladığı ərəfədə şəhid edilib. Əməliyyatların hədəfləri xüsusi həssaslıqla seçilib. Mülki əhaliyə zərər dəyməməsinə xüsusi diqqət yetirilib", - deyə Akar bəyan edib.


Muğan.TV