“İndiyə qədər 250-dən çox Vətən müharibəsi iştirakçısının əlillik təyinatı aparılıb”.
Muğan TV –nin Oxu.az -a istinadən verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.
Onun sözlərinə görə, əlillik təyinatından sonra həmin şəxslər reabilitasiya mərkəzinə cəlb olunur:
“15 qazimiz yüksək texnologiyalı protezlə təmin olunub. Onlara əlavə olaraq mühərrikli arabalar təqdim edilib”.
O qeyd edib ki, 511 qazimizə 2 400-dən çox reabilitasiya vasitəsi təqdim edilib.Oxu.az
Comentarios