top of page

Əli qandallı 11 km üzərək dünya rekordu qırdı


Misirdən olan 31 yaşlı Şəhab Əllam əli qandallı halda 11 km məsafəni üzərək yeni dünya rekorduna imza atıb.


Əllam həmin məsafəni 6 saata qət edib. Onun bu nailiyyəti "Ginnesin Rekordlar Kitabı"na düşüb. Daha öncə bu rekord 2021-ci ildə amerikaı üzgüçü Benjamin Katsman tərəfindən qırılıb.

"Özümə çox diqqət çəkməmək üçün daha sakit yerlərdə üzməyi sevirəm" deyən misirli üzgüçü əli qandallı üzmək texnikasını təkmilləşdirməyə çalışır və gələcəkdə öz rekordunu yeniləməyi planlaşdırır.

Yorumlar


bottom of page