top of page

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb


Azərbaycanın Baş naziri Əli Əsədov Efiopiyanın baş nazir müavini Temesgen Tirune qəbul edib.

Muğan tv xəbər verir ki, bu barədə Efiopiyanın Türkiyə və Azərbaycandakı səfiri Adəm Məhəmməd Mahmud sosial şəbəkədə bildirib.

“Baş nazirin müavini Zati-aliləri Temesgen Tirune və Azərbaycanın Baş naziri Zati-aliləri cənab Əli Əsədov qarşılıqlı maraq doğuran müxtəlif ikitərəfli və çoxtərəfli məsələləri müzakirə ediblər. Hər iki tərəf iki ölkə arasında əməkdaşlığın bütün sahələrində onsuz da möhkəm olan münasibətlərin genişləndirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar”.

Səfirin sözlərinə görə, görüşdə “hər iki ölkənin tərəfdaşlıq əlaqələrini gücləndirmək və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək öhdəliyi bir daha təsdiqlənib”.

“Əməkdaşlıq üçün yeni imkanların araşdırılması və iki xalq arasında mövcud dostluq və etimadın təməli üzərində qurulması üçün səylərin göstəriləcəyi razılaşdırılıb. Hər iki tərəf tərəfdaşlıq münasibətlərini yeni zirvələrə çatdırmaq əzmində olduqlarını bildiriblər”, – diplomat qeyd edib.

Commentaires


bottom of page