Əfv olunan məcburi köçkün: "Artıq doğma rayonum da, özüm də azadam"


"Novruz bayramı günlərində əfv olunmağım mənim üçün neçə qat bayram deməkdir. Çünki uzun illərdir işğal altında olan torpaqlarımızın azad olunmasından sonra ilk Novruz bayramını qeyd edəcəyik".


Muğan TV xəbər verir ki, bunu "Report"a açıqlamasında əfv olunaraq 6 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Füzuli rayonunun Alxanlı kənd sakini Vüsal Qurbanov deyib.


V.Qurbanov əfv olunduğu üçün dövlət başçısına minnətdarlığını bildirib:


"Artıq Qarabağımız da, doğulub boya-başa çatdığım Füzuli rayonu da, mən də azadam. Bu şad günlərdə əfv olunmağım mənim daha böyük sevincimə səbəb olub. Bu sevinci bizə yaşatdığına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkürümü bildirirəm"