Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb


Əfqanıstanda əhalini poliomielitə qarşı peyvənd etmək istəyən dörd tibb işçisi öldürülüb.

Muğan TV APA-ya istinadən bildirir ki, hadisə ölkənin şərqindəki Nəngərhar vilayətində baş verib.

Bu gün səhər saatlarında silahlı şəxslər müxtəlif yaşayış məntəqələrində əhalinin poliomielitə qarşı peyvəndlənməsində iştirak edən həkimlərə hücum ediblər. Nəticədə dörd tibb işçisi öldürülüb, daha dörd həkim isə yaralanıb.

Hələ ki, heç bir silahlı qruplaşma hücuma görə, məsuliyyəti öz üzərinə götürməyib.