Şirvanda küləkli hava fəsadlar törədib – FOTO


Şirvan şəhərində havanın kəskin dəyişməsi nəticəsində küləkli hava şəraiti ağacların aşmasına səbəb olub.

Muğan TV-nin verdiyi xəbərə görə, dəmir yolunun avtomobillər üçün nəzərdə tutulmuş keçidin yaxınlığında iri gövdəli ağac “Hyundai” markalı avtomobilin üzərinə aşıb. Hadisə ilə bağlı FHN-nin Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində ağac qaldırılaraq avtomobil ağacın altından çıxarılıb.


Avtomobilə ciddi ziyan dəyib. xəsarət alan yoxdur. avtomobillərin hərəkəti qısa vaxtda bərpa olunub