Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın nəticələri ilə bağlı 6 komissiya yaradılıb.
Muğan tv xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin aparatında və rayon təhsil sektorlarında təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiyalar yaradılıb.
Komissiyaların fəaliyyəti təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və digər məsələlərin araşdırılmasından ibarətdir.
Qeyd olunan komissiyalara müraciət etmək üçün vətəndaşlar iyul ayının 30-na kimi Çağrı Mərkəzimizə (146-0-9) zəng etməklə və ya aşağıda qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.
"Əlavə olaraq qeyd edirik ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər", - deyə məlumatda qeyd olunub.
Comments