top of page

Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb


Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.


Şirvan Şəhər Prokurorluğundan Muğan TV-yə verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.


Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.



Röya Ağayeva

Commenti


bottom of page