top of page

Şirvan şəhəri ərazisində əməliyyatlar davam etdirilir.



Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan MUĞAN TV verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Yadigar Məmmədov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı külli miqdarda heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Commentaires


bottom of page