Şamaxıda ağır qəza - Yaralılar var


Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Muğan TVAPA-ya istinadən bildirir ki, Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində 90-HV-905 dövlət nömrə nişanlı "Nissan" markalı minik avtomobili ilə qarşı tərəfdən gələn 90-BB-478 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili toqquşub.

Hadisə zamanı 2010-cu il təvəllüdlü Namazlı Rəvan Siyavuş oğlu, 1985-ci il təvəllüdlü Mikayılov Anar Əfsər oğlu və 1983-cü il təvəllüdlü Namazov Siyavuş İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.