Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Nərimankənd kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin nümayəndələri, Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
MUĞAN TV istinadla AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli tədbirlərdən danışıblar. Bildirilib ki, bu əməllə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Gənclər isə belə hallarla qarşılaşdıqda ehtiyatlı olmalı, dərhal müəllimlərini, valideynlərini və polisi məlumatlandırmalıdırlar.
Erkən nikaha daxilolma mövzusunda danışanlar isə bu cür halların qızlarda yaratdığı fiziki və psixoloji fəsadlar barədə geniş məlumat veriblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Bình luận