Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb


Şabran rayonunda yanğın olub.


Muğan TV, Report-a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, rayonun Şahnəzərli kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 185 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.