top of page

Şəxslərə yalnız müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında vəzifələrin siyahısı təsdi


İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısı təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.

Siyahıda rəhbər vəzifələr və müvafiq sahələr üzrə mütəxəssis vəzifələri nəzərdə tutulub.

Comments


bottom of page