Şənlik mərasimlərinin keçirilmə qaydası müəyyənləşib


Muğan TV bildirir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə"qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, şənlik mərasimləri "İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun təşkil ediləcək. Qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.