Şəmkir və Tovuzda subartezian quyularının qazılmasına 1,4 milyon manat ayrılıb - SƏRƏNCAM


Prezident İlham Əliyev Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Muğan TV bildirir ki, sərəncamda deyilir:

Şəmkir və Tovuz rayonlarının əhalisi 105153 nəfər olan 17 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Sərəncamına Əlavə Sıra №-siRayonun adıQuyuların sayı, ədədYaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfərŞəmkir10Düyərli kəndi (2 quyu)9502İrmaşlı kəndi5216Könüllü kəndi5073Sarıtəpə kəndi2289Yeni Həyat kəndi4340Yeni yol kəndi1625Zəyəm qəsəbəsi (3 quyu)8749 Tovuz10Alakol kəndi4265Aşağı Quşçu kəndi11340Bozalqanlı kəndi4593Cəlilli kəndi2212Dondar Quşçu kəndi4356Düz Qırıqlı kəndi7190Əyyublu kəndi12327İbrahimhacılı kəndi4527Köhnəqala kəndi2079Qovlar şəhəri15470Cəmi:2017105 153