top of page

Şəkidə toqquşan avtomobillərdən biri yolu keçən piyadanı vurub

Şəki şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bizdeolan məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb. KADR: Belə ki, hərəkətdə olan "VAZ-2107" və "Toyota Camry" markalı avtomobillər toqquşub. Daha sonra idarəetmədən çıxan "Toyota" yolu keçən piyada Şəki sakini, 1971-ci il təvəllüdlü Mahmud Abdullayevi vurub. Başından ağır xəsarət alan 50 yaşlı M.Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Comments


bottom of page