Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirin qalibi oldu


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.

"Report"un məlumatına görə, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.