Şəhid anasının səsi eşidildi



Son günlər sosial şəbəkələrdə yayılmış video birmənalı olaraq qarşılanmadı. Idmançı Kamil Zeynallının paylaşımı ilə daha çox səs gətirən bu xəbər şəhid ailələrinə olan həssaslığımızı qabartdı. Kontakt Home rəhbərliyinin açıqlaması ilə qismən aydınlıq gətirilən məsələylə bağlı ilk Kamil Zeynallı ilə əlaqə saxladıq, “mənim işim ictimaiyyətə təqdim etmək idi” deyə cavablandırdı. Daha sonra sosial şəbəkələrdə adı hallanan millət vəkili Elnur Allahverdiyevlə əlaqə saxlamağa çalışdıq. “2020-ci ilin mart ayından Kontakt Home rəhbəri deyil və heç bir əlaqəsi yoxdur”- deyə köməkçidən cavab aldıq.

Şəhid anası ilə əlaqə saxladıq, hal hazırda Kontakt Home da olduğunu bildirdi. Məsələnin ictimailəşdirilməsi ilə həllini tapması təqdirə layiqdir, ancaq belə məqamlarda daha diqqətli olmaq lazımdır. Vətən müharibəsində canından, qanından keçərək şəhid olan, 30 illik Vətən həsrətimizə son qoyan qəhrəmanlarımıza qarşı həssas yanaşaq.

Esmira Azayeva