Şəhid anasının müraciətləri nəticəsiz qalıb – İcra hakimiyyətinin CAVABI?


Ana şəhid oğlunun başdaşının düzəldilməsini tələb edir.

“Şəhid Nadirov Siyasətin sənədləri hazırdır. Amma 11 min manatı almayıb və icra hakimiyyətindən bu məsələnin hələ bir ay çəkəcəyini söyləyiblər. İcra hakimiyyətindən dedilər ki, dəfn mərasimi üçün müdafiə naziri Zakir Həsənov tərəfindən üç min manat vəsait verilib.”

Bunu Muğan TV-yə açıqlamasında şəhid Siyasət Nadirovun anası Məmləkət Nəzərova deyib. Onun sözlərinə görə, verilən pulun şəhid məzarının başdaşına heç bir aidiyyatı yoxdur və eləcə də bu məsələyə görə icra hakimiyyətinin büdcəsində pul olmadığını deyiblər. Buna səbəb kimi 44 şəhidinin olduğunu bildiriblər.

Şəhid anası onu da vurğulayıb ki, indiyə qədər etdiyi müraciətlərinin heç bir nəticəsi olmayıb. O, şəhid olan oğlunun min bir əzab-əziyyətlə saxladığını, həmçinin özünün kimsəsiz olduğunu deyib. Bununla yanaşı onu müdafiə heç kəs yoxdur.

Oğlunun tək ailəsinin yox, bütün Azərbaycan xalqının başını uca etdiyini deyən M.Nəzərova, onu anlamasını istəyir.

Qeyd edək ki, hazırda şəhid anasının yaşadığı ev 1988-ci ilə aid tikilidir və ev bərbad vəziyyətdədir.

Həmin videonu təqdim edirik:

Şahnun Qasımova

Elnur Ağayev

Muğan TV