İşğaldan azad olunmuş ərazilərdə hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsi üçün ötən il 19 nöqtədə 64 ədǝd videomüşahidə kamerası quraşdırılaraq istifadəyə verilib.
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hazırda həmin ərazilərdə ümumilikdə 84 nöqtədə 218 (130-u sabit, 88-i hərəkətli olmaqla) videomüşahidə kamerası, habelə 1 nöqtədə 4 ədəd "nömrətanıma" sistemi mövcuddur.
Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Comments