Ölkədə mobil notariat tətbiqi istifadəçilərinin sayı 100 mini ötüb - Ədliyyə Nazirliyi


Ölkədə mobil notariat tətbiqi istifadəçilərinin sayı 100 mini ötüb.


Muğan TV Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyində keçirilən onlayn brifinqdə nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov deyib.


O bildirib ki, bu da ölkəmizdə ən çox istifadə edilən, dövlət qurumları tərəfindən təqdim edilən ilk üçlüyə aid tətbiqdir:


"Bu günə qədər elektron notariat vasitəsilə 50 mindən artıq etibarnamə verilib. Bu tətbiqdən istifadə edənlərin sayı gündən-günə artmaqdadır. Bu tətbiqdə qeydiyyat üsulu da asandır. Bu günə qədər vətəndaş notariusa müraciət edib kod alırdısa, indi artıq "ASAN loqin"lə qeydiyyatdan keçə bilir.