Ölkədə koronavirusa ən çox yoluxma faizi Bakının payına düşür


Ölkədə ən çox yoluxma faizi (52,9) Bakının payına düşür.

Muğan TV Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.


Onun sözlərinə görə, Bakıdan sonra Abşeron və Sumqayıt, Aran rayonları, Gəncə-Qazax rayonları üzrə yoluxma sayı yüksəkdir.


Y.Qarayeva bildirib ki, Azərbaycanda qadınların arasında yoluxmaya daha çox rast gəlinir: "Bu gün sağalanların sayı əvvəlki yoluxmaların sayı ilə çox əlaqədardır. Ona görə də sağalanların sayının az olması təbiidir: "Son günlərdə yoluxma sayında artım müşahidə edirik. Dekabrın sonlarında sərt karantinə keçildikdən sonra yeni yoluxmaların sayında ciddi azalmalar olmuşdu. Təəssüf ki, artımın olması gözlənilən nəticə idi".