top of page

Çinin yeni xarici işlər naziri təyin olunub



Van İ Çin parlamenti tərəfindən xarici işlər naziri vəzifəsinə təsdiqlənib.

Muğan TV xəbər verir ki, qanunverici orqanın qərarı ilə Tsin Qan XİN başçısı postundan kənarlaşdırılıb.


Qeyd edək ki, bu günlərdə T.Qan barəsində cinayət işi açılıb. Məlumata görə, nazirin nikahdan kənar əlaqələri barədə xəbər yayıldıqdan sonra yoxa çıxıb.


ABŞ-la Çin arasında münasibətlərin qaydaya düşdüyü barədə informasiya yayıldıqdan sonra 57 yaşlı diplomatın yoxa çıxması barədə məlumatlar yayılıb.


Çin Xarici İşlər Nazirliyi məsələyə hələ rəsmi münasibət bildirməyib.


Xatırladaq ki, Van İ 1953-cü il oktyabrın 19-da anadan olub. 2018-2022-ci illərdə ÇXR Dövlət Şurasının üzvü olub. 2004-2007-ci illərdə Çinin yaponiyadakı səfiri vəzifəsində çalışıb. 2007-2008-ci illərdə XİN başçısının birinci müavini vəzifəsində çalışıb. 2013-2022-ci illərdə Çin xarici işlər naziri postunu tutub. 69 yaşlı yeni nazir ailəlidir, bir qızı var.


Mehriban Mirzəzadə

Commentaires


bottom of page