Çin Xalq Respublikasının sədri Si Cinpin martın 20-22-də Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.
Məlumata görə, səfər çərçivəsində Rusiya ilə Çin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsinin edilməsi planlaşdırılır. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.
コメント