top of page

Çempionlar Liqası: 1/4 finalın ilk iştirakçıları bəlli olub


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

İlk oyun günündə 2 qarşılaşma baş tutub.

"Benfika" Portuqaliyada Belçika "Brügge"sini qəbul edib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:1. İlk görüşdə də qalib gələn Lissabon təmsilçisi növbəti mərhələyə adlayıb.

Gecənin prinsipial oyunu İngiltərədə "Çelsi" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında olub. "Zadəganlar" ilk qarşılaşmadakı minimal hesablı məğlubiyyətin (0:1) əvəzini artıqlaması ilə çıxıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən London klubu adını 1/4 finala yazdırıb.

Bình luận


bottom of page