top of page

Çardaqda tapdığı bu köhnə oyuncağın 21 MİN MANAT qiyməti var


Böyük Britaniyanın Edinburq şəhərinin sakini Li Qarrett anasının evinin çardağından köhnə robot oyuncağını tapıb. Məlum olub ki, bu nadir oyuncağın qiyməti 10 min funt sterlinqdir (təxminən 21 min manat).

Hit.az xəbər verir ki, bu barədə "Daily Record" yazır.

Qadın bacı və qardaşları ilə anasının evini yığışdırarkən 50 il öncə oynadıqları bu robotu tapıb. İlk öncə onlar robotu kiməsə bağışlamaq istəyiblər, lakin sonradan Linin qardaşı tapıntının dəyərli olduğunu ehtimal edib, lakin bu dərəcədə dəyərli olduğunu ağlına gətirməyib.

Robot 1957-ci ildə Yaponiyanın "Masudaya" oyuncaq şirkəti tərəfindən istehsal olunub və 5 robotdan ibarət dəstin biridir. Onları 1950-ci ilin sonlarında yalnız sifarişlə əldə etmək mümkün olub. Qarrett ailəsinin oyuncağı birinci istehsal olunduğu üçün digər robotlardan daha nadir və dəyərlidir.

Oyuncaq bu gün, aprelin 7-də Qlazqo şəhərində "McTear's Antiques & Interiors" hərracına çıxarılacaq. Onu qiymətinin 10 min funt sterlinqə çatacağı gözlənilir.

Qarrettin anası əldə edəcəkləri pulu 5 övladının arasında bölməyi düşünür.

Commentaires


bottom of page